Cümə, 26 İyun, 2026
Tarix: 25 Jun 2026 23:27
Dünya Bankı Ukraynaya 3,39 milyard dollar həcmində kredit və qrant ayıracaq.
APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, vəsait dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsi və makromaliyyə sabitliyinin qorunmasına yönəldiləcək.
Paketə Böyük Britaniya və Yaponiyanın zəmanəti ilə ayrılan 1,04 milyard dollarlıq kredit, həmçinin "F.O.R.T.I.S. Ukraine FIF" fondundan 2,35 milyard dollarlıq qrant daxildir.
Ukrayna Dünya Bankı Yuliya Sviridenko
Mənbə: apa.az