Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir

Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir

Tarix: 25 Jun 2026 22:49

ABŞ dövlət katibi Marko Rubio ərəb ölkələrinin İranın endirdiyi zərbələrə görə kompensasiya tələb etdiyini bildirib.

APA xəbər verir ki, Rubio bu barədə Bəhreynin paytaxtı Manamada jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələ Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri ilə keçirilən görüşdə müzakirə olunub.

"Onlar yenidənqurma üçün maliyyə istəyirlər. Zərər görüblər və bunun əvəzinin ödənilməsini tələb edirlər", - deyə Rubio bildirib.

O qeyd edib ki, bu məsələ ABŞ və İran arasında memorandum üzrə gələcək danışıqlarda gündəmə gətirilə bilər.

ABŞ Marko Rubio İran Körfəz ölkələri

Mənbə: apa.az

Xəbər Lenti