Cümə, 26 İyun, 2026
Tarix: 26 Jun 2026 01:23
NATO-nun baş katibi Mark Rütte Ankarada keçiriləcək sammitdə ABŞ Prezidenti Donald Trampı alyansın əhəmiyyətinə inandırmaq niyyətində olduğunu bildirib.
APA xəbər verir ki, Rütte bunu ABŞ-a səfəri zamanı Atlantik Şurasında çıxışında deyib.
Onun sözlərinə görə, sammitdə Yaxın Şərq və Asiya-Sakit okean regionundan tərəfdaşlarla birlikdə ümumilikdə 42 ölkə iştirak edəcək və onların iqtisadiyyatının həcmi 70 trilyon dolları ötür.
Rütte Trampı "NATO-nun ən güclü şəxsi" və "dünyanın lideri" adlandırıb.
NATO Mark Rütte Donald Tramp Ankara
Mənbə: apa.az