Cümə, 26 İyun, 2026
Tarix: 26 Jun 2026 06:27
İtaliya və Fransa BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin mandatı başa çatdıqdan sonra bu ölkəyə dəstək məqsədilə beynəlxalq koalisiya yaratmaq barədə razılığa gəlib.
APA xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Livana həsr olunmuş beynəlxalq konfrans da keçiriləcək.
İtaliya Fransa Livan Ciorcia Meloni
Mənbə: apa.az