Tramp: İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək

Tramp: İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək

Tarix: 26 Jun 2026 05:56

ABŞ Prezidenti Donald Tramp İranın dondurulmamış aktivlərinin bir hissəsinin Amerikanın kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə olunacağını açıqlayıb.

APA xəbər verir ki, Amerika lideri bu açıqlamanı Ağ Evdə keçirilən tədbirdəki çıxışında verib.

Onun sözlərinə görə, Vaşinqton Amerika fermerləri üçün yeni bazarlar açmağa davam edir və İran tezliklə onlardan biri olacaq.

"Biz onların vəsaitlərinin bir hissəsini götürüb buğda, soya və qarğıdalı almaq üçün istifadə edəcəyik. Bu proses çox tezliklə başlayacaq", - ABŞ Prezidenti deyib.

Tramp həmçinin qeyd edib ki, İran bazarının açılması Amerika fermerləri üçün satış imkanlarının genişləndirilməsi istiqamətində daha bir addım olacaq.

Mənbə: apa.az

Xəbər Lenti