AEBA rəhbəri: İranın nüvə proqramı üçün ciddi nəzarət mexanizminə ehtiyac var

AEBA rəhbəri: İranın nüvə proqramı üçün ciddi nəzarət mexanizminə ehtiyac var

Tarix: 26 Jun 2026 09:51

İranın nüvə silahı hazırlamamasından əmin olmaq üçün ciddi nəzarət mexanizmi lazımdır.

AFP-nin xəbərinə görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Yaponiyaya səfəri zamanı deyib.

“Hesab edirəm ki, ABŞ-la İran arasında əldə olunacaq razılaşmanın məqsədi İranın nüvə silahı əldə etməməsini təmin etməkdir. İran hökuməti bu niyyətdə olmadığını açıq şəkildə bəyan edib. Lakin əlbəttə ki, təkcə niyyət kifayət deyil”, - Qrossi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens AEBA müfəttişlərinin İranın zərbələrə məruz qalmış nüvə obyektlərində yoxlama aparmaq üçün həftə ərzində bu ölkəyə qayıdacaqlarını bildirib, İran rəsmiləri isə bunu təkzib edib.

Toğrul Quluzadə AEBA Rafael Qrossi nüvə silahı

Mənbə: apa.az

Xəbər Lenti