Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib

Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib

Tarix: 26 Jun 2026 17:11

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.

Lukaşenko bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Dövlət başçılarının Belarus-Rusiya əməkdaşlığının gündəliyindəki əsas məsələləri, bölgədəki və dünyadakı vəziyyəti müzakirə etmələri planlaşdırılır.

Fərid Əkbərov Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko

Mənbə: apa.az

Xəbər Lenti