Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib

Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib

Tarix: 26 Jun 2026 17:07

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlara Moldovaya daxil olarkən yaranan problemlərə görə bu ölkəyə getməkdən çəkinməyi tövsiyə edib.

"Kişinyov hava limanında rusiyalılar uzun sürən axtarışlara və sorğu-suallara məruz qalırlar və yoxlamalardan sonra heç bir izahat verilmədən onlar ölkəyə buraxılmaya bilirlər. Moldova tərəfi çox vaxt Rusiya konsulluğunun əməkdaşlarına rusiyalılara baş çəkməyə icazə vermir”, - Rusiya XİN-dən bildirilib.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti