Cümə, 26 İyun, 2026
Tarix: 26 Jun 2026 19:02
Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Putin Rusiya ordusunda xidmət keçmiş xarici vətəndaşların deportasiyasını və onlara yaşayış icazəsinin (VNJ) verilməsindən imtinanı qadağan edən qanunu imzalayıb.
Qanuna görə, Rusiya ordusunda müqavilə əsasında xidmət keçmiş əcnəbilərə müvəqqəti yaşayış icazəsi, yaşayış icazəsi və ya iş icazəsinin verilməsindən imtina oluna bilməz. Eyni zamanda artıq verilmiş sənədlər ləğv edilə bilməz.
Fərid Əkbərov Rusiya ordusu Putin deportasiyaMənbə: apa.az