Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib

Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib

Tarix: 26 Jun 2026 21:04

Oman Avropa ölkələrinə gəmilərin Hörmüz boğazından keçməsi üçün rüsum tətbiq oluna biləcəyi, eləcə də ABŞ və İsrailin İrana qarşı hərbi müdaxiləsindən əvvəlki status-kvoya qayıtmağın mümkün olmadığı barədə xəbərdarlıq edib.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat verib.

"Oman Avropa rəsmilərinə Hörmüz boğazında müharibədən əvvəlki status-kvoya qayıtmağın mümkün olmadığını və oradan keçən gəmilərin rüsum ödəməyə məcbur edilə biləcəyini bildirib", - məlumatda deyilir.

Məlumata görə, rüsum boğazın təmizlənməsi və nəqliyyat ilə bağlı xidmətlər üçün ola bilər.

“Bloomberg” yazır ki, ABŞ, Avropa və Sultanlığın qonşuları Oman və İranın Hörmüz boğazından keçmək üçün rüsum sistemi yarada biləcəyindən getdikcə daha çox narahatdırlar.

Oman Hörmüz Avropa ABŞ iran

Mənbə: apa.az

Xəbər Lenti