Şənbə, 27 İyun, 2026
Tarix: 27 Jun 2026 03:31
İsrailin Baş naziri Benyamin Netanyahu Livanla bağlı çərçivə razılaşmasını İrana zərbə adlandırıb.
APA xəbər verir ki, o, Tehranın tələblərinə baxmayaraq, İsrail qoşunlarının təhlükəsizlik səbəbləri ilə Livanın cənubundan çəkilməyəcəyini bildirib.
"Uzun danışıqlar nəhayət ki, öz bəhrəsini verib. Ən əsası İsrailin Livanın cənubundakı təhlükəsizlik zonasında qalmasıdır. Bu, böyük bir nailiyyətdir. Bu, həm də İrana ciddi zərbədir. Əslində, İsrail, Livan və ABŞ onlara deyirlər: "Bu sizin işiniz deyil". Biz “Hizbullah” silahsızlaşana qədər və İsrail dövlətinə təhlükə olduğu müddətcə onu qoruyacağıq", - Netanyahu “Ynet” portalına müsahibəsi zamanı bildirib.
İsrail Livan Netanyahu İranMənbə: apa.az