Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar

Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar

Tarix: 27 Jun 2026 10:49

Rusiya və Çinə məxsus 10-a qədər təyyarə qısa müddətlik Cənubi Koreyanın Hava Hücumundan Müdafiə Sistemlərinin fəaliyyət sahəsinə daxil olub.

“Yonhap” xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.

Belə ki, hərbi təyyarələr sözügedən sahəyə ölkənin şərq və cənub istiqamətindən daxil olublar.

Məlumata görə, Cənubi Koreyanın hava sahəsi pozulmayıb və qısa müddətdən sonra təyyarələr Hava Hücumundan Müdafiə Sistemlərinin fəaliyyət zonasından çıxıblar.

Toğrul Quluzadə Cənubi Koreya Rusiya Çin hərbi təyyarələr

Mənbə: apa.az

Xəbər Lenti