Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 30 Jun 2026 14:44
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Qətərdə olduğu təsdiqlənib.
“Al Jazeera”nın xəbərinə görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ nümayəndələrinin paytaxt Dohada olduğunu, lakin İranla birbaşa danışıqlar aparmayacaqlarını bildirib.
Onun sözlərinə görə, Uitkoff və Kuşner vasitəçilərlə görüşərək danışıqlar prosesinin inkişafını müzakirə edəcəklər.
Sözçü əlavə edib ki, İrana məxsus dondurulmuş 6 milyard dollarlıq vəsait hələ ki Tehrana qaytarılmayıb.
Toğrul Quluzadə Kuşner Uitkoff Qətər ABŞ və İran danışıqları
Mənbə: apa.az