Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 17:03
İsrailin xristian dünyası üzrə xüsusi nümayəndəsi təyin olunub.
APA İsrailin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, xarici işlər naziri Gideon Saar bu vəzifəyə Corc Diki təyin edib.
Bildirilib ki, bu təyinat İsrailin dünyadakı xristian icmaları ilə münasibətlərini dərinləşdirmək məqsədi daşıyır.
Qeyd edək ki, Corc Dik 2019-2025-ci illərdə İsrailin Azərbaycandakı səfiri olub.
Toğrul Quluzadə İsrail Corc Dik xristian dünyası xüsusi nümayəndə