Samvel Karapetyan: Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün "məxfi planı"mız var

Samvel Karapetyan: Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün "məxfi planı"mız var

Tarix: 30 Jun 2026 15:12

“Güclü Ermənistan” siyasi alyansının lideri Samvel Karapetyan Baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün müxalifətin “məxfi planı”nın olduğunu bildirib.

"News.am" xəbər verir ki, Karapetyan bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Mən bir sıra müxalif siyasi qüvvələrin liderləri ilə görüşmüşəm. Kimlərlə görüşdüyümü deyə bilmərəm. Bizim gizli bir planımız var, onu açıqlamayacağam. Biz Paşinyanı tez bir zamanda devirmək yolunu seçəcəyik. Lazım gələrsə, küçə hərəkatı da səfərbər olunacaq. Amma hələlik biz qanuni yolla gedirik”, – rusiyalı iş adamı qeyd edib.

Karapetyan planın məzmunu və həyata keçirilməsi mexanizmi barədə əlavə məlumat verməyib.

İlqar Xudiyev Karapetyan Paşinyan Ermənistan

Mənbə: apa.az

Xəbər Lenti