Baltik regionunda NATO-nun yeni hərbi komanda mərkəzi istifadəyə verilib

Baltik regionunda NATO-nun yeni hərbi komanda mərkəzi istifadəyə verilib

Tarix: 30 Jun 2026 14:43

Almaniya və Niderland Rusiyanın qarşısının alınması məqsədilə Baltik regionunda NATO-nun yeni hərbi komanda mərkəzini istifadəyə verib.

“Bloomberg” xəbər verir ki, mərkəz Estoniyanın Latviya ilə sərhəddə yerləşən Valqa şəhərində fəaliyyətə başlayıb.

Açılış mərasimində Almaniyanın müdafiə naziri Boris Pistorius, Niderlandın müdafiə naziri, eləcə də Estoniya və Latviyanın müdafiə nazirləri iştirak ediblər.

“NATO-nun şərq cinahına daha bir yüksək hazırlıqlı qərargah əlavə etməklə döyüş hazırlığımızı artırır, komanda və idarəetmə strukturumuzu təkmilləşdirir və istənilən potensial rəqibi çəkindirmək qabiliyyətimizi gücləndiririk”, – Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Mərasim zamanı NATO-nun şərq cinahında müdafiə bölmələrinin komandanlığı Çoxmillətli Şimal-Şərq Korpusundan (MNC NE) Birinci Almaniya–Niderland Korpusuna (1GNC) təhvil verilib.

Yeni komanda mərkəzi NATO-nun şərq cinahının bir hissəsi üçün taktiki qərargah funksiyasını yerinə yetirəcək. Birinci Almaniya–Niderland Korpusu Estoniya və Latviyada yerləşdirilmiş bütün NATO qüvvələrinə, eləcə də həmin ölkələrin milli ordularının müvafiq bölmələrinə komandanlıq edəcək.

Qərargah hərbi təlimlərin planlaşdırılması və idarə olunmasına, mümkün təhlükələrə hazırlıq tədbirlərinə rəhbərlik edəcək, həmçinin Rusiya tərəfindən mümkün hücum halında regionun müdafiəsini koordinasiya edəcək.

İlqar Xudiyev NATO Rusiya Baltika ölkələri NATO-nun yeni hərbi komanda mərkəzi

Mənbə: apa.az

Xəbər Lenti