- Şənbə, 28 Dekabr, 2024
Tarix: 02.05.2024 13:14
İlk dəfədir ki, Qarabağda oluram. Bu, mənim üçün fərqli bir təcrübədir.
APA xəbər verir ki, bunu bu gün azad edilmiş ərazilərə səfər edən Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un heyətində təmsil olunan səyyah Lise Resvold deyib.
O, bildirib ki, azad edilmiş əraziləri görmək və onun sakinləri ilə görüşmək fərqli bir hisdir.
İşğal dövründə dağıdılan evlərə, binalara diqqət çəkən səyyah qeyd edib ki, onlar təmir, bərpa olunsalar da, buranın sakinləri onların indiki halını heç vaxt unuda bilməzlər: “Ərazilərin bərpası, yenidən qurulması çox gözəldir. Amma sakinlər baş verənləri ömür boyu unutmayacaqlar. Məncə, bu evlər, binalar keçmişi, müharibəni hər zaman xatırladacaq”.
Ərazilərin minalardan təmizlənməsi barədə danışan Lise Resvold dövlətin bu sahədə gördüyü işlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu gün görülən işlər həm də ölkədə turizmin inkişafına təkan verəcək. Məncə, ərazidə xaricdən gələn ekspertlərin iştirakı da bu prosesi sürətləndirə bilər”.
O, həmçinin qeyd edib ki, ərazidə hava limanı, müasir binaların tikilməsi turizimin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Səma Əliyeva
Emin Babayev