Çərşənbə axşamı, 10 Ferval, 2026
Tarix: 10 Feb 2026 07:52
Yaponiya hökuməti Tokionun NATO tərəfindən yaradılmış Ukraynaya dəstək üzrə PURL proqramına qoşulması və bu çərçivədə ABŞ istehsalı olan avadanlığın alınıb Kiyevə ötürülməsi ilə bağlı yerli KİV-də yayılan məlumatları təkzib edib. APA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara mətbuat konfransında bildirib.
“Qeyd etdiyiniz məlumatlardan xəbərdarıq. Hazırda Yaponiya ilə NATO arasında sizin dediyiniz razılaşmanın əldə olunması faktı həqiqətə uyğun deyil”, – deyə Kihara jurnalistlərin PURL proqramına qoşulma ilə bağlı sualını cavablandırarkən bildirib.
*** 05:48 Yaponiya hökuməti NATO tərəfindən yaradılmış Ukraynaya dəstək üzrə PURL proqramına qoşulmaq qərarı verib. APA xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziya şirkəti məlumat yayıb. Proqram çərçivəsində Tokio ABŞ istehsalı olan avadanlığı alaraq Kiyevə ötürəcək.
Qeyd olunub ki, Yaponiyanın ayıracağı vəsait yalnız qeyri-döyüş təyinatlı avadanlıq və ləvazimatların alınmasına yönəldiləcək. Söhbət, xüsusilə radiolokasiya sistemləri və zirehli gödəkçələrdən gedir.
Məlumata görə, Yaponiya bu qərarı artıq bir neçə NATO üzvü ölkəyə və Ukraynaya çatdırıb.