ABŞ NATO müttəfiqlərindən hərbi xərclərin artırılması ilə bağlı hesabat gözləyir

ABŞ NATO müttəfiqlərindən hərbi xərclərin artırılması ilə bağlı hesabat gözləyir

Tarix: 30 Jun 2026 21:37

ABŞ NATO üzrə müttəfiqlərindən müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması öhdəliyinin icrası ilə bağlı hesabat gözləyir.

"Newsmax" telekanalının məlumatına görə, bunu ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uiteker bildirib. Onun sözlərinə görə, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində ötən il Haaqada əldə olunmuş razılaşmadan sonra ilk hesabat təqdim ediləcək.

"ABŞ artıq bu göstəricini ötüb və Vaşinqton digər müttəfiqlərin də eyni addımı atacağını gözləyir", - Ueteker vurğulayıb.

Xatırladaq ki, NATO liderləri 2025-ci ilin iyununda Haaqada keçirilən sammitdə 2035-ci ilədək müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq barədə razılığa gəliblər.

NATO ABŞ müdafiə

Mənbə: apa.az

Xəbər Lenti