ABŞ Ali Məhkəməsi Trampın doğumla vətəndaşlıqla bağlı fərmanını ləğv edib

ABŞ Ali Məhkəməsi Trampın doğumla vətəndaşlıqla bağlı fərmanını ləğv edib

Tarix: 30 Jun 2026 22:32

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın doğum hüququ əsasında vətəndaşlığın məhdudlaşdırılmasını nəzərdə tutan fərmanını etibarsız sayıb.

APA xəbər verir ki, məhkəmənin qərarına əsasən, altı hakimdən beşi bu hüququn ABŞ Konstitusiyası ilə təmin olunduğunu bildirib.

Bir hakim isə Konstitusiyanın bu şəkildə şərhini bölüşmədiyini qeyd etsə də, fərmanın federal qanunvericiliyə zidd olduğu qənaətinə gəlib.

Sənəd 2025-ci il yanvarın 20-də imzalanmışdı və ABŞ-də qanunsuz yaşayan ailələrdə doğulan uşaqlara, eləcə də anası müvəqqəti viza ilə ölkədə olan, atası isə ABŞ vətəndaşı və ya daimi yaşayış icazəsi sahibi olmayan uşaqlara vətəndaşlıq verilməməsini nəzərdə tuturdu.

ABŞ Donald Trump Ali Məhkəmə

Mənbə: apa.az

Xəbər Lenti