Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 03:23
ABŞ Nümayəndələr Palatası Amerika Silahlı Qüvvələrinin Livandakı hərbi əməliyyatlarda iştirakına qarşı qətnaməni qəbul etməyib.
APA xəbər verir ki, sənədin lehinə 189, əleyhinə isə 235 konqresmen səs verib.
Qətnamədə Prezident Donald Trampın yeddi gün ərzində ABŞ hərbçilərini Livandakı mümkün döyüş əməliyyatlarından çıxarmalı olduğu qeyd olunurdu. Sənədin müəllifləri etiraf ediblər ki, hazırda ABŞ qüvvələri Livanda döyüş əməliyyatlarında iştirak etmir, lakin məqsəd bunun gələcəkdə də baş verməsinin qarşısını almaqdır.
Qeyd olunub ki, bu qətnamə yalnız tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil. ABŞ administrasiyası belə sənədləri icra etməyə borclu deyil.
ABŞ Livan Konqres
Mənbə: apa.az