Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 07:27
ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox gəlir əldə edib.
APA xəbər verir ki, bu barədə Amerika liderinin ABŞ Hökumət Etikası İdarəsi tərəfindən dərc edilmiş maliyyə bəyannaməsində deyilir.
Qurumun veb saytında yerləşdirilən 927 səhifəlik sənədə görə, Tramp oğulları Erik Tramp və Donald Trampın rəhbər vəzifələrdə çalışdığı "World Liberty Financial" şirkəti tərəfindən kriptovalyuta satışından təxminən 500 milyon dollar qazanıb.
Bundan əlavə, ABŞ Prezidenti dəyəri, digər şeylərlə yanaşı, dövlət başçısına ictimai dəstək səviyyəsindən asılı olan rəqəmsal valyuta $TRUMP-ın satışından təxminən 600 milyon dollar qazanıb.
Mənbə: apa.az