Gəncədə yaşayan pravoslavlar Pasxa bayramını qeyd ediblər - FOTO

Tarix: 05.05.2024 10:53

Gəncədə pasxa bayramı qeyd ediblər.

APA-nın yerli bürosunun məlumatına görə, ölkənin qərb bölgəsində yaşayan pravoslavlar səhər saatlarından başlayaraq Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini bayram ediblər.

Hər il olduğu kimi bu il də ölkəmizdə daima sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə və Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunulub. Şamlar yandırılıb, vacib sayılan bir sıra dini ayinlər icra edilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin və DQİDK Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndələri də iştirak ediblər.

Bu gün səhər bayram münasibətilə icra edilən ayinlərdən öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanıb, şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edək ki, Pasxa xristianların dini kitabı İncildə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən bayramıdır. Xristianların inancına əsasən, bu hadisə təxminən 2000 il bundan əvvəl baş verib.

Gəncə şəhərində təxminən iki min nəfərə yaxın pravoslav məskunlaşıb. Qərb bölgəsində olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsi isə 1887-ci ildə inşa edilib və o dövrdən dini məbəd kimi fəaliyyət göstərir.

Daha sonra Pasxa bayramında vacib sayılan bir sıra dini ayinlər icra edilib, şamlar yandırılıb, dualar oxunub.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Nevski Rus Pravoslav Kilsəsinə bayram sovqatı göndərilib.

Xəbər Lenti