DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib

Tarix: 05.05.2024 13:44

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 5-də aşağıdakı imtahanlar keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, imtahanlarda 11943 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib.

Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Xəbər Lenti