- Cümə, 27 Dekabr, 2024
Tarix: 06.05.2024 06:38
İsrail ordusunun Qəzza zolağının cənubuna endirdiyi zərbə nəticəsində ölənlərin sayı 20 nəfəri keçib.
APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail Müdafiə Qüvvələrinin Fələstin anklavının cənubunda yerləşən Rəfah şəhərinin mərkəzi və şərq rayonlarında 11 yaşayış binasını vurmasından sonra azı 21 nəfər həlak olub.
Ölənlər arasında uşaqlar da var.
Bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.