Cümə, 22 May, 2026
Tarix: 06 May 2024 23:59
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, 6 may saat 23:59-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 30130, II qrup üzrə 23939, III qrup üzrə 25132, IV qrup üzrə isə 5923, ümumilikdə isə 85124 abituriyent elektron ərizəsini təsdiq edib.
Mənbə: apa.az