Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhidlə vida mərasimi keçirilir

Tarix: 07.05.2024 12:18

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Gülalı Dadaşov qalıqları ailəsinə təhvil verilib.

APA xəbər verir ki, bu gün Bakıda şəhidin ailə üzvlərinin yaşadığı evdə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhid Gülağa Dadaşovun qalıqları Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində itkin düşən Gülalı Dadaşovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Xəbər Lenti