Naxçıvan Peşə Təhsil Mərkəzi, Şərur və Ordubad peşə liseyləri yaradılıb

Tarix: 07.05.2024 13:17

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyəti təkmilləşdiriləcək. APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Meclisinin sədr müavini Anar İbrahimov fərman imzalayıb. Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və idarəetməsinin təkmilləşdirilməsi məqsəd ilə Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilsin və onların bazasında “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Həmçinin, Şərur Texniki Peşə və Sürücülük Məktəbi “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Şərur Peşə Liseyi” adlandırılıb və publik hüquqi şəxsə, Ordubad Texniki Peşə və Sürücülük Məktəbi “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Ordubad Peşə Liseyi” adlandırılıb və publik hüquqi şəxsə çevrilib.

Xəbər Lenti