Cümə axşamı, 9 İyul, 2026
Tarix: 08 Jul 2026 21:57
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın F-35 məsələsində Türkiyəyə münasibətinin müsbət olduğunu deyib.
APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, Ərdoğan bu barədə NATO sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.
“F-35 məsələsində də cənab Trampın Türkiyəyə münasibəti əslində müsbətdir. Ümid edirəm ki, F-35 qırıcılarının Türkiyəyə təhvil verilməsi həyata keçən anda bütün dünya “ABŞ verdiyi sözü tutdu” deyəcək”, - Ərdoğan bildirib.
Dəryanur Cəfərova Ərdoğan NATO F-16 TrampMənbə: apa.az