Cümə axşamı, 9 İyul, 2026
Tarix: 09 Jul 2026 02:26
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) çərşənbə günü İrana yeni zərbələr endirdiyini və son hücumlar zamanı 80-dən çox hədəfi vurduğunu açıqlayıb.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"ABŞ qüvvələri İranın hava hücumundan müdafiə sistemlərinə, komanda və idarəetmə şəbəkələrinə, sahil radar məntəqələrinə, gəmi əleyhinə raket imkanlarına, eləcə də Hörmüz boğazında və onun ətrafında yerləşən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kiçik qayığa zərbələr endirib. Məqsəd İranın beynəlxalq ticarət dəhlizi ilə hərəkət edən beynəlxalq ticarətə hücum etmək imkanlarını zəiflətmək olub", – CENTCOM-un açıqlamasında deyilir.
ABŞ İran CENTCOMMənbə: apa.az