Cümə axşamı, 9 İyul, 2026
Tarix: 09 Jul 2026 09:26
Xuzistan Valiliyi bu gün səhər saatlarında Əhvaz ətrafında yerləşən bir məntəqəyə edilən hücum nəticəsində 3 nəfərin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını açıqlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, yaralıların müalicəsi və onlara yardım göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, ötən gecə və bu gün İranın müxtəlif bölgələri ABŞ tərəfindən hücuma məruz qalıb. Hücumlar nəticəsində ölənlər və yaralananlar olub, həmçinin maddi ziyan dəyib.
Haşim RahimiMənbə: apa.az