ABŞ Almaniyada “Tomahawk” raketləri yerləşdirəcək

ABŞ Almaniyada “Tomahawk” raketləri yerləşdirəcək

Tarix: 09 Jul 2026 12:10

ABŞ və Almaniya “Tomahawk” qanadlı raketlərinin Berlin tərəfindən satın alınması və Almaniya ərazisində yerləşdirilməsi barədə razılığa gəlib.

“Reuters”in xəbərinə görə, bunu Almaniya kansleri Fridrix Mertz deyib.

O bildirib ki, bununla bağlı razılıq Ankarada keçirilən NATO sammitində əldə olunub.

“Belə etməklə biz müdafiə qabiliyyətimizdə kritik strateji boşluğu aradan qaldırırıq. Eyni zamanda, öz Avropa istehsalı sistemlərimizin istehsalı üzərində də işləyirik”, - Mertz bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp may ayında Almaniyada ABŞ hərbi qüvvələrinin sayını azaldacağını deyib.

Toğrul Quluzadə Almaniya Tomahawk ABŞ

Mənbə: apa.az

Xəbər Lenti