İtaliya Rusiya səfirliyinin iki əməkdaşını casusluq ittihamı ilə ölkədən çıxarır

İtaliya Rusiya səfirliyinin iki əməkdaşını casusluq ittihamı ilə ölkədən çıxarır

Tarix: 09 Jul 2026 13:44

İtaliya hökuməti Rusiyanın Romadakı səfirliyinin iki hərbi attaşesini casusluq fəaliyyəti ilə əlaqədar ölkədən çıxarmaq qərarı verib.

APA xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "X" hesabında bildirib.

Nazirin sözlərinə görə, İvan Qorbaçov və Mixail Astaxov üç gün ərzində Romanı tərk etməlidir.

"İtaliya hökuməti Roma Prokurorluğunun istintaqı zamanı üzə çıxan casusluq fəaliyyətinə görə Rusiya Federasiyasının İtaliyadakı səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib. Xarici İşlər Nazirliyinin baş katibi bu barədə Rusiyanın Romadakı səfirini məlumatlandırıb. İvan Petroviç Qorbaçov və Mixail Vasilyeviç Astaxov üç gün ərzində Romanı tərk etməlidirlər.

Moskva Qərbə və İtaliyaya qarşı hibrid vasitələrindən istifadə etməyə davam edir. Bu, İtaliya dövlət institutlarına və milli təhlükəsizliyə qarşı ciddi və qəbuledilməz müdaxilədir", – Tayani qeyd edib.

İlqar Xudiyev İtaliya Rusiya rusiyalı diplomatlara casusluq ittihamı

Mənbə: apa.az

Xəbər Lenti