Cümə axşamı, 9 İyul, 2026
Tarix: 09 Jul 2026 15:47
ABŞ-ın İranın Hörmüzqan əyalətinin Sirik şəhərinə hücumu nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın cənubundakı Hörmüzqan əyalətinin administrasiyası ABŞ ordusunun Sirik şəhərindəki ticarət və balıqçılıq limanına hücum etdiyini açıqlayıb.
Hücum nəticəsində 3 nəfərin öldüyü, daha 15 nəfərin isə yaralandığı bildirilir.
Hörmüzqan administrasiyasından bildirilib ki, Sirik limanının infrastrukturu tamamilə mülki xarakter daşıyır və burada heç bir hərbi fəaliyyət həyata keçirilmir.
Haşim RahimiMənbə: apa.az