Netanyahu: İsrail ordusu təhlükəsizlik təmin olunana qədər Cənubi Livandan çıxmayacaq

Netanyahu: İsrail ordusu təhlükəsizlik təmin olunana qədər Cənubi Livandan çıxmayacaq

Tarix: 09 Jul 2026 20:53

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail ordusu ölkənin şimal bölgələrinin təhlükəsizliyi tam təmin olunana qədər Cənubi Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək.

APA xəbər verir ki, Netanyahu bu barədə İsrail Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının buraxılış mərasimində çıxışı zamanı danışıb.

"İsrailin şimalındakı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün nə qədər vaxt lazım olacaqsa, biz Cənubi Livandakı təhlükəsizlik zonasında bir o qədər qalacağıq", – deyə Baş nazir bildirib.

Netanyahu İsrail Livan

Mənbə: apa.az

Xəbər Lenti