Zelenski: Ukrayna “Freya” adlı strateji əhəmiyyətli layihəyə başlayır

Zelenski: Ukrayna “Freya” adlı strateji əhəmiyyətli layihəyə başlayır

Tarix: 09 Jul 2026 23:39

Ukrayna digər Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində “Freya” adlı antiballistik sistemin yaradılması üzərində işləyir.

Unian -ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib. Bu sistemin "Patriot" zenit-raket kompleksinə daha ucuz və kütləvi alternativ olması nəzərdə tutulur.

“Bu, Avropa modelidir. Bu istiqamətdə ilk görüşümüz Fransada keçiriləcək. Bu, yaxın vaxtlarda baş tutacaq. Bizim vəzifəmiz liderləri, şirkətləri, hamını bir araya toplamaq və "Freya" adlanan birgə Avropa antiballistik kompleksinin istehsalı üzrə müvafiq layihəni təqdim etmək idi. Onu Ukraynaya bu layihəni çox sürətlə həyata keçirməkdə kömək edə biləcək ölkələrə təqdim etmək istəyirik”, - deyə Zelenski bildirib.

Zelenski qeyd edib ki, nəzəri baxımdan Ukrayna “Freya”nı təkbaşına da yarada bilərdi, lakin bu, daha çox vaxt, illər tələb edərdi.

Ukrayna Freya HHM

Mənbə: apa.az

Xəbər Lenti