Cümə, 10 İyul, 2026
Tarix: 10 Jul 2026 11:41
Konqo Demokratik Respublikasında Ebola virusundan laboratoriya təsdiqli ölənlərin sayı son sutka ərzində daha 25 nəfər artaraq 625 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV-lə iş üzrə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Ebola virusuna yoluxanların ümumi sayı isə son 24 saatda 33 nəfər artaraq 1 792 nəfər olub.
Bildirilib ki, hazırda xəstəlik üzrə ölüm göstəricisi 34,9 faiz təşkil edir.
Qeyd edək ki, budəfəki Ebola epidemiyası bu il mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb.
Epidemiyanın episentri isə Konqonun İturi əyalətidir.
İlqar Xudiyev Ebola Konqo epidemiyaMənbə: apa.az