- Cümə, 27 Dekabr, 2024
Tarix: 08.05.2024 14:06
Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 473 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 356 mln. manat, Prezident təqaüdləri üzrə 228 mln. manat ödənilib.
Cari ilin 4 ayında 50 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 620 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.