CNN: Qətərli vasitəçilər İran-ABŞ gərginliyini azaltmaq üçün İrana gedib

CNN: Qətərli vasitəçilər İran-ABŞ gərginliyini azaltmaq üçün İrana gedib

Tarix: 10 Jul 2026 17:46

Qətərdən olan vasitəçilər ABŞ və İran arasında gərginliyi azaltmaq məqsədilə Tehrana səfər edib.

Anonim ABŞ rəsmisi CNN-ə bildirib ki, səfər Vaşinqtonla koordinasiya edilib, məqsəd ABŞ-İran danışıqlarının davam etdirilməsinə nail olmaqdır.

ABŞ rəsmisi qeyd edib ki, Vaşinqton diplomatiyaya şans vermək üçün qəsdən İrana fasilələrlə zərbələr endirir.

Qeyd edək ki, son bir neçə gün ərzində ABŞ və İran arasında qarşılıqlı hücumlar baş verib. ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında əldə olunan anlaşma memorandumunun faktiki olaraq bitdiyi fikrində olduğunu vurğulayıb.

Toğrul Quluzadə Qətər ABŞ İran

Mənbə: apa.az

Xəbər Lenti