Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb

Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb

Tarix: 10 Jul 2026 18:45

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, NATO-nun Ankara sammitinin yekunları ilə bağlı TRT Haber-ə danışan Hakan Fidan CAATSA sanksiyaları (ABŞ-ın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi) və F-35-lə bağlı nazirlər səviyyəsində təmasların davam etdiyini bildirib.

“Biz müttəfiqlər arasında sanksiyaların olmasını istəmirik. Ümid edirəm ki, tezliklə razılığa gələ biləcəyik, hər hansı problem yaranmayacaq”, - Hakan Fidan qeyd edib.

Dəryanur Cəfərova

Mənbə: apa.az

Xəbər Lenti