Cümə, 10 İyul, 2026
Tarix: 10 Jul 2026 20:40
““əl-Ərəbiyyə” və “Fox News”un gələn həftə İran-ABŞ danışıqlarının yeni mərhələsinin keçirilməsi ilə bağlı xəbərləri həqiqəti əks etdirmir”.
APA xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
“Fars” agentliyinə bu barədə açıqlama verən məlumatlı mənbə İslamabadda danışıqlara hazırlıq işlərinin yekunlaşdırılması ilə bağlı dərc olunmuş xəbəri, eləcə də texniki danışıqların gələn həftə davam edəcəyi iddiasını təkzib edərək “Bu xəbər yalandır və heç bir real əsası yoxdur”, - deyə bildirib.
“Danışıqlar prosesi ilə bağlı xəbərlər, hər hansı bir inkişaf halında, yalnız İran İslam Respublikasının rəsmi kanalları vasitəsilə yayımlanacaq və bəzi xarici media tərəfindən dərc olunmuş iddialara etibar etmək olmaz”, - mənbə qeyd edib.
ABŞ İranMənbə: apa.az