Tramp qətlə yetiriləcəyi təqdirdə İrana kütləvi zərbə endirilməsi barədə öncədən göstəriş verib

Tramp qətlə yetiriləcəyi təqdirdə İrana kütləvi zərbə endirilməsi barədə öncədən göstəriş verib

Tarix: 10 Jul 2026 23:38

ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana, onun qətlə yetiriləcəyi təqdirdə indiyədək görünməmiş miqyasda zərbə endirilməsi barədə əvvəlcədən göstəriş verib.

APA xəbər verir ki, Tramp bunu "New York Post" qəzetinə müsahibəsində deyib.

"Əgər bunu etsələr, məhv olacaqlar. Mən bununla bağlı artıq göstəriş vermişəm. Belə bir hadisə baş verərsə, onları indiyədək görünməmiş səviyyədə bombalayacaqlar", – Tramp vurğulayıb.

Onun sözlərinə görə, İranın onu hədəfə alması yeni məsələ deyil. Tramp qeyd edib ki, ABŞ-ın 2020-ci ildə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" qüvvələrinin komandanı Qasım Süleymanini zərərsizləşdirməsindən sonra Tehran onu əsas hədəflərdən biri hesab edir.

ABŞ prezidenti bildirib ki, son günlər İranın ona qarşı yeni sui-qəsd planı hazırladığına dair yayılan məlumatlar da onun üçün gözlənilməz deyil.

"Bu, mənim üçün yeni xəbər deyil. Onlar uzun müddətdir məni əsas hədəflərindən biri hesab edirlər", – Tramp əlavə edib.

Müsahibədə ABŞ-İran münasibətlərindəki son gərginlik də müzakirə olunub. Tramp qeyd edib ki, Tehranla danışıqlar prosesi davam etsə də, əvvəlki atəşkəs rejimi artıq qüvvədə deyil. Onun sözlərinə görə, İran danışıqları davam etdirmək istədiyini bildirib və Vaşinqton buna razılıq verib.

Tramp İran ABŞ

Mənbə: apa.az

Xəbər Lenti