Şənbə, 11 İyul, 2026
Tarix: 11 Jul 2026 07:15
“Patriot” raketləri, ehtimal ki, Almaniyada və ya başqa bir Avropa ölkəsində istehsal olunacaq və münaqişə bitdikdən sonra istehsal Ukraynaya köçürülə bilər.
Bu barədə mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Mütəxəssislər hesab edirlər ki, “Raytheon”un “PAC-2” və ya “Lockheed”in “PAC-3” “Patriot” raketlərinin istehsalını qurmaq üçün vaxt lazım olacaq.
"12 aydan az vaxt aparsa, çox təəccüblənərəm. Düşünürəm ki, bu, xeyli uzun çəkəcək", - Oslodakı Norveç Müdafiə Tədqiqat Müəssisəsindən Fabian Hoffmann agentliyə açıqlaması zamanı bildirib.
Almaniya Ukrayna PatriotMənbə: apa.az