Tramp Səudiyyə Ərəbistanı vəliəhdi ilə İranla danışıqları müzakirə edib

Tramp Səudiyyə Ərəbistanı vəliəhdi ilə İranla danışıqları müzakirə edib

Tarix: 11 Jul 2026 08:01

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

APA xəbər verir ki, iki lider Səudiyyə Ərəbistanı ilə ABŞ arasında əməkdaşlığı və onun müxtəlif sahələrdə inkişaf etdirilməsi yollarını müzakirə edib, bir sıra regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Liderlər ABŞ və İran arasında danışıqlar da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriblər.

Onlar həmçinin dəniz yollarının təhlükəsizliyinin təmin edilməsinin, qorunmasının və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi səylərinin dəstəklənməsinin vacibliyini vurğulayıblar.

Tramp Səudiyyə

Mənbə: apa.az

Xəbər Lenti