Tramp: 1000 raket İranı hədəfə alıb

Tramp: 1000 raket İranı hədəfə alıb

Tarix: 11 Jul 2026 10:44

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatla çıxış edərək, Tehranın ABŞ prezidentinə qarşı sui-qəsd cəhdi edəcəyi təqdirdə ölkəsinin dağıdıcı hərbi cavab verəcəyini bildirib.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

"1000 raket artıq döyüşə hazır vəziyyətə gətirilib və İran İslam Respublikasına tuşlanıb. İran hökuməti ABŞ-ın fəaliyyətdə olan prezidentini – bu halda məni – öldürməyə və ya buna cəhd etməyə əl atarsa, onların ardınca dərhal minlərlə əlavə raket buraxılacaq", – deyə Tramp bildirib. ABŞ Prezidenti qeyd edib ki, bununla bağlı bütün göstərişlər artıq verilib.

"ABŞ Silahlı Qüvvələri bir il müddətinə, zərurət yaranarsa bu müddət uzadıla bilər, İranın bütün bölgələrini tamamilə darmadağın edib məhv etməyə hazırdır, bunu etmək istəyir və buna qadirdir", – Tramp vurğulayıb.

İlqar Xudiyev Tramp sui-qəsd İran ABŞ

Mənbə: apa.az

Xəbər Lenti