Bazar, 12 İyul, 2026
Tarix: 11 Jul 2026 23:57
ABŞ nümayəndələri şənbə günü Omanda İran üzrə keçirilən məsləhətləşmələrdə iştirak etmir.
Bu barədə "CBS News" ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Onun paylaşımına əsasən, Omandakı məsləhətləşmələrə nə ABŞ vitse-prezidenti Cey Di Vens, nə dövlət katibi Marko Rubio, nə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, nə də ABŞ liderinin kürəkəni Cared Kuşner gedib.
“ABŞ-ın texniki komandası da orada deyil”, - deyə Ceykobs qeyd edib.
O, əlavə edib ki, amerikalılar danışıqlar zamanı Oman və Qətər nümayəndələri ilə məsafədən əlaqə saxlayacaqlar.
ABŞ İran Oman
Mənbə: apa.az