Çərşənbə, 15 İyul, 2026
Tarix: 12 Jul 2026 14:31
Rusiyanın Belqorod vilayətində minik avtomobilində qurulan partlayıcı partlayıb.
Yerli medianın məlumatına görə, nəticədə bir mülki şəxs həlak olub, daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Vilayətin operativ qərargahının məlumatına görə, partlayış zamanı aldığı ağır xəsarətlər səbəbindən bir kişi hadisə yerində həyatını itirib. Yaralanan üç nəfərə tibbi yardım göstərilir.
Hadisənin başvermə şəraiti və partlayıcı qurğunun mənşəyi ilə bağlı araşdırma aparılır.
Belqorod Rusiya partlayış partlayıcı qurğu mülki şəxs xəsarət operativ qərargah
Mənbə: apa.az