SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini iddia edib

SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini iddia edib

Tarix: 12 Jul 2026 15:53

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyadakı Şahzadə Həsən Hərbi Hava Bazasına ballistik raketlərlə zərbə endirdiyini açıqlayıb.

Tasnim xəbər verir ki, SEPAH-ın bəyanatına görə, hücum nəticəsində bazanın komanda-idarəetmə mərkəzi və ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatlarının saxlandığı anqarlar məhv edilib. Bildirilib ki, əməliyyat ABŞ-ın İranın cənubundakı hərbi obyektlərə endirdiyi son zərbələrə cavab olaraq həyata keçirilib.

SEPAH bəyan edib ki, ABŞ tərəfindən yeni hücumlar olacağı təqdirdə daha sərt cavab veriləcək. ABŞ və ya İordaniya tərəfi isə hələlik bu iddialarla bağlı rəsmi açıqlama yaymayıb.

İran SEPAH ABŞ İordaniya Şahzadə Həsən Hərbi Hava Bazası MQ-9 ballistik raket hərbi əməliyyat

Mənbə: apa.az

Xəbər Lenti