Bazar, 12 İyul, 2026
Tarix: 12 Jul 2026 16:49
Ukrayna müdafiə nazirinin müşaviri Sergey "Fleş" Beskrestnov Rusiyanın mümkün sülh danışıqları öncəsində cəbhə xəttindən 100 kilometrədək dərinlikdə yerləşən mülki infrastruktur obyektlərinə hücumları artıracağını iddia edib.
UNİAN xəbər verir ki, onun sözlərinə görə, risk altında yanacaqdoldurma məntəqələri, poçt şöbələri, anbarlar, müəssisələr, tikinti və kənd təsərrüfatı texnikası bazaları, dəmir yolu infrastrukturu, avtomobil yolları və elektrik yarımstansiyaları ola bilər. Beskrestnov bildirib ki, Rusiya artıq hədəf seçimində məhdudiyyət qoymur və arxa bölgələrdə yerləşən obyektlər də zərbələrə məruz qala bilər.
Müşavir əlavə edib ki, tərəflər mümkün danışıqlar ərəfəsində hərbi üstünlük əldə etməyə çalışır və infrastrukturun qarşılıqlı şəkildə məhv edilməsi münaqişənin yeni mərhələsinə çevrilib. Onun fikrincə, bu vəziyyət mülki əhali üçün təhlükəni daha da artırır.
Ukrayna Rusiya Sergey Fleş Beskrestnov müharibə sülh danışıqları mülki infrastruktur raket hücumları cəbhə xətti
Mənbə: apa.az