SEPAH ABŞ-ın Küveyt, Bəhreyn və İordaniyadakı hərbi obyektlərinə zərbələr endirdiyini iddia edib

SEPAH ABŞ-ın Küveyt, Bəhreyn və İordaniyadakı hərbi obyektlərinə zərbələr endirdiyini iddia edib

Tarix: 13 Jul 2026 07:58

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ardıcıl yaydığı üç bəyanatda ABŞ-ın Küveyt, Bəhreyn və İordaniyada yerləşən hərbi obyektlərinə cavab zərbələri endirdiyini açıqlayıb.

APA xəbər verir ki, SEPAH-ın iddiasına görə, Küveytdəki Əli əl-Səlim aviabazasında yanacaq anbarları və Patriot hava hücumundan müdafiə sistemi, həmçinin Əhməd əl-Cabir bazasında yerləşən FPS strateji radar sistemi tamamilə məhv edilib.

Bəyanatda həmçinin bildirilir ki, Bəhreyndəki Şeyx İsa aviabazasında ABŞ ordusunun pilotsuz uçuş aparatlarının komanda-idarəetmə mərkəzi, elektron müharibə təyyarəsinin anqarı və helikopterlərin texniki xidmət obyektləri vurulub.

SEPAH əlavə edib ki, İordaniyadakı Şahzadə Həsən Hərbi Hava Bazasının sursat anbarları və yanacaq çənləri də raket və pilotsuz aparat zərbələri nəticəsində yandırılıb.

İran tərəfi cavab əməliyyatlarının davam edəcəyini bildirib.

İddialarla bağlı ABŞ, Küveyt, Bəhreyn və İordaniya tərəflərindən hələlik rəsmi təsdiq verilməyib.

SEPAH Küveyt Bəhreyn İordaniya

Mənbə: apa.az

Xəbər Lenti